“Gəzən kitabxana” daha 15 rayona səfər edəcək - FOTO

“Gəzən kitabxana” daha 15 rayona səfər edəcək - <span style="color: red;">FOTO
# 07 may 2014 12:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. “Gəzən kitabxana” layihəsi davam edir.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verilən məlumata görə, GİN-in dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi “Gəzən kitabxana” Azərbaycanın bütün rayonlarını gəzəcək sonda isə Bakıya qayıdacaq.

Bu günə qədər Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Cəlilabad, Gəncə və Mingəçevirdə olan “Gəzən kitabxana” layihəsinin əsas məqsədi kitabları fərqli şəkildə, fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan, qiymətli kitabları daha asan yolla əldə edib yararlanma imkanı yaratmaq, əhalinin maariflənməsi işinə dəstək göstərməkdir.

İcrasına 2012-ci ilin noyabr ayından başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakıda olub. Səyyar kitabxananın açılış lentini Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva kəsib.

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada on min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada üç dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə də təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar təqdim edilir.

Qeyd edək ki, kitab fondu zənginləşdirilmiş, xüsusilə elektron kitab bazası yenilənmiş “Gəzən kitabxana”nın bu ilin sonuna qədər 15 rayona səfəri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR