ABŞ Senatı Nümayəndələr Palatası ilə büdcəyə dair danışıqlardan imtina edib

ABŞ Senatı Nümayəndələr Palatası ilə büdcəyə dair danışıqlardan imtina edib
# 01 oktyabr 2013 19:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu qərarın qəbul olunmasının lehinə 54, əleyhinə isə 46 senator səs verib. Aşağı palatada hər iki palatanın nümayəndələrinin iştirakı ilə iclasın keçirilməsi ilə bağlı təklif irəli sürülüb.

Qeyd edək ki, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası həftə ərsində üç dəfə prezident Obamanın əsas təşəbbüslərindən biri olan səhiyyə sahəsində islahatlar barədə xatırlatma daxil ediblər. Qeyd edək ki, konqresmenlər bu islahatların maliyyələşməsini dayandırmağa, maliyyələşməsini azı bir il yubatmağa və qeyd olunan proqrama sair düzəlişlər etməyə çalışırlar. Lakin bütün düzəlişlər Obamanın tərəfdarları - demokratların çoxluq təşkil etdiyi Senat tərəfindən rədd edilib.

Qeyd edək ki, kompromisin əldə olunmaması səbəbindən ABŞ-da dövlət aparatının maliyyələşməsi son 17 ildə ilk dəfədir ki dayandırılıb. Dövlət idarələri formal olaraq fəaliyyətini sentyabrın 30-dan oktyabrın 1-ə keçən gecə (Bakı vaxtı ilə saat 09.00-dan) dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR