Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 dekabr 2013 20:39 (UTC +04:00)

Yasamal rayon Polis İdarəsinin müstəntiqi Əli Məsimovun APA-ya verdiyi məlumata görə, xəstəxanaya iki nəfər yerləşdirilib. Bunlar "Daewoo" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Əzizov Elbrus Rəşadət oğlu və "Hyundai" markalı avtomobilin sərnişini Əliyeva Ayla Elman qızıdır. "Hyundai"nin adı hələlik dəqiqləşdirilməyən sürücüsünə isə hadisə yerində tibbi yardım göstərilib.

**** 22.14

Bakı. Mahir Məmmədli-APA. Bakıda biri yük maşını olmaqla 4 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Bakı Dairәvi yolunda “Howo” markalı yük maşını, “Daewoo”, “Hyundai” vә “Mercedes” markalı mimik avtomobilləri toqquşub.

Məlumata görə, qəza nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü və 2 sərnişin xәsarәt alıb. Xəsarət alan sürücünü Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri avtomobildən çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR