Belçikalı beynəlxalq müşahidəçilər: “Seçki prosesi şəffafdır və seçici aktivliyi müşahidə olunur”

Belçikalı beynəlxalq müşahidəçilər: “Seçki prosesi şəffafdır və seçici aktivliyi müşahidə olunur”
# 09 oktyabr 2013 10:36 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Azərbaycanda keçirilən prezident seçkilərini izləyən belçikalı beynəlxalq müşahidəçi Davi Kirs seçki prosesində qanun pozuntularının qeydə alınmadığını bildirib.

Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, seçki prosesi olduqca şəffaf keçirilir: “İnsanlar öz fikirlərini, öz seçimlərini sərbəst şəkildə ifadə edirlər. 6 seçki məntəqəsində müşahidə aparmışıq və səsvermə prosesində ciddi nöqsan qeydə almamışıq”.

Digər belçikalı beynəlxalq müşahidəçi Andrey Oberexin sözlərinə görə, seçki məntəqələrində insanların çox olması bəzi hallarda səs-küyə səbəb olur: “Amma ümumilikdə götürdükdə, seçki prosesində ciddi nöqsanlar qeydə alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR