Azərbaycan prezidenti Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibini qəbul edib
# 14 may 2014 12:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarrini qəbul edib.

APA-nın məlumatına görə, görüş zamanı F.Qarri Bakının gözəl bir şəhər olduğunu qeyd edib.

Dövlət başçısı isə Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulayıb.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR