Hindistanda təbii fəlakət 60-dan artıq insanın həyatına son qoyub

Hindistanda təbii fəlakət 60-dan artıq insanın həyatına son qoyub
# 17 iyun 2013 20:47 (UTC +04:00)

Bakı-APA. Hindistanın şimalındakı Uttarakxand və Ximaçal-Pradeş ştatlarında yağan şiddətli yağışlar və daşqınlar nəticəsində 60-dan artıq insan həlak olub. APA-nın xəbərinə görə, bu barədə Zee News telekanalı məlumat yayıb.

Yağış nəticəsində Qanq və bir sıra digər çaylar daşıblar. 160-dan artıq ev dağıdılıb, 5 nəfərdən ibarət bir ailə evin altında qalaraq həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR