Bakının Xətai rayonunda sürücü piyadanı vuraraq öldürüb - FOTO - VİDEO

Bakının Xətai rayonunda sürücü piyadanı vuraraq öldürüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 01:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, hadisə rayonun Ramiz Quliyev küçəsində qeydə alınıb.

"90 GJ 300" nömrəli "Mercedes" in sürücüsü yolu keçmək istəyən və hələlik şəxsiyyəti müəyyənləşməyən qadını vurub. Nəticədə qadın hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, hadisə qadının işıqlandırma olmayan küçəni keçmək istədiyi zaman baş verib.

Faktla bağlı Xətai Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR