İran xarici işlər nazirinin müavini: “Suriyada bəzi qruplar tərəfindən İsrailə hücum gerçəkləşdirilə bilər” - FOTO

İran xarici işlər nazirinin müavini: “Suriyada bəzi qruplar tərəfindən İsrailə hücum gerçəkləşdirilə bilər” - <span style="color: red;">FOTO
# 10 sentyabr 2013 14:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Bu gün Rusiya paytaxtında Suriya xarici işlər naziri Valid Muallemlə İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahyan Suriyaya qarşı hərbi müdaxilənin bütün bölgədə sabitliyi pozacağını söyləyib: “Çox böyük ehtimalla Suriyada bəzi qruplar tərəfindən İsrailə qarşı hücum gerçəkləşdirilə bilər. İsrailə qarşı hücum Suriyaya hərbi müdaxiləni provokasiya edə bilər”.

İranlı diplomat hansı qrupların İsrailə qarşı hücum gerçəkləşdiriləcəyini isə açıqlamayıb.

Qeyd edək ki, Rusiyanın “Russia Today” telekanalı önəmli hərbi mənbələrə istinadən Suriyada hökumətin nəzarətində olan bölgələrdən İsrailə qarşı kimyəvi silahdan hücum təşkil olunacağı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR