Nigeriyada iki partlayış nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb

Nigeriyada iki partlayış nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb
# 21 may 2014 01:59 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, “Frans Press”in məlumatına əsasən, uçqun altında qalmış ölənlərin sayının artacağı istisna olunmur.

Bundan əvvəl partlayış nəticəsində 46 nəfərin öldüyü bildirilmişdi.

Məlumata görə, partladıcı qurğular yük maşınında və mikroavtobusda quraşdırılıb. Partlayışlar 30 dəqiqə intervalla baş verib.

Partlayışların “Boko Haram” radikal dini qruplaşma tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Qeyd edək ki, ötən gün Nigeriyanın Kano şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR