Gürcüstan paytaxtında azərbaycanlı gənclər Xocalı faciəsini anacaq - FOTO

Gürcüstan paytaxtında azərbaycanlı gənclər Xocalı faciəsini anacaq - <span style="color: red;">FOTO
# 18 fevral 2014 09:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gürcüstan Respublikasında “Xocalını siz də tanıyın!” adlı layihə həyata keçiriləcək.

Layihənin rəhbəri Anar Abbasovun APA-ya verdiyi məlumata görə, bu layihə Azərbaycan xalqının Xocalı faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə və beynəlxalq hüququn diqqətinə hərtərəfli şəkildə çatdırılmasında onlara yardımçı olmaq missiyası daşıyır: “Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Bu gün bu dəhşətli faciəni həm Azərbaycanı gələcəkdə hər cəhətdən təmsil edəcək gənclərimizin arasında, həm də dünya dövlətləri, xalqları arasında təbliğ etmək hər bir Azərbaycanlının borcudur. Bu səbəbdən 25 fevral 2014-cü il tarixində Tbilisi şəhərində həyata keçirəcəyimiz “The Truth about the Khojaly” konfransının əsas ideyasını Azərbaycan gəncliyinin Azərbaycan xalqının tarixini, faciəli günlərini həm özünün dərindən öyrənməsi, həm də digər xalqların gənclərinə olduğu kimi çatdırılmasına, daha çox insanın Xocalı faciəsindən xəbərdar olmasına nail olmaq və bununla da dünyada aparılan «Xocalıya ədalət» kampaniyasına dəstək vermək təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR