Moldova polisi Rusiya təyyarəsindən Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsinə dair imzaların olduğu sənədləri götürüb

Moldova polisi Rusiya təyyarəsindən Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsinə dair imzaların olduğu sənədləri  götürüb
# 11 may 2014 04:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya Dövlət Dumasının deputatı Sergey Jiqaryov bildirib. Qeyd edək ki, Jiqaryov Moldovanın Dnestryanı bölgəsinə səfər etmiş Rusiya nümayəndə heyətinin tərkibində olub.

Qeyd edək ki, Rusiyanın baş nazirin müavini Dmitriy Roqozin, mədəniyyət naziri Vladimir Medinski və Dövlət Dumasının bir neçə üzvündən ibarət nümayəndə heyəti mayın 9-da qondarma Dnestryanı respublikasına səfər edib. Ötən gün göyərtəsində nümayəndə heyətinin olduğu təyyarəyə Ukraynanın və Rumıniyanın hava məkanlarına daxil olmağa icazə verilməyib və təyyarə Kişinyovda eniş etməyə məcbur olub. Nümayəndə heyəti Moskvaya adi reys təyyarəsi ilə dönüb.

“Moldova polisi bütün qanunlara zidd olaraq Rusiya hökumət təyyarəsinə daxil olaraq Dnestryanı əhalisinin topladığı imzaları götürüb”, deyə Jiqaryov bildirib.

Onun sözlərinə görə, müraciətin və imzaların olduğu sənədlər 4 qutuda olub. Müraciətdə Dnestryanı bölgənin Rusiyaya birləşərək onun subyekti olmaq istəyi öz əksini tapıb. Deputatın sözlərinə görə, Dnestryanının, demək olar ki, bütün əhalisi qeyd olunan müraciətə imza atıb.

Qeyd edək ki, qeyd olunan qutuların Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən götürülməsi barədə ilk xəbəri Dmitri Roqozin bir müddət əvvəl öz Tvitter səhifəsində yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR