AMEA əməkdaşları Gürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparacaqlar

AMEA əməkdaşları Gürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparacaqlar
# 23 may 2014 13:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Gürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və müşahidələrə başlanılıb.


Məlumat üçün qeyd edək ki, qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR