Azərbaycan və Pakistan yüksək texnologiyalar sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Pakistan yüksək texnologiyalar sahəsində əməkdaşlığı genişləndirir
# 21 aprel 2014 13:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ə. Abbasov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsindəki inkişafdan söz açıb. Nazir, həmçinin rəhbərlik etdiyi sahədə yeni istiqamətlər, o cümədən yüksək texnologiyalar üzrə əlaqələrin inkişafı üçün geniş imkanların, böyük potensialın olduğunu diqqətə çatdırıb.

Pakistanlı diplomat iki ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. O, yeni əlaqələrin qurulması, qarşılıqlı mütəxəssis hazırlığı və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini vacib sayıb.

X. U. Qayser, dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR