“Azərbaycan Kredit Bankı”nda əmanətlərin həcmi azalıb

“Azərbaycan Kredit Bankı”nda əmanətlərin həcmi azalıb
# 02 sentyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azərbaycan Kredit Bankı” nın aktivlərinin həcmi 2014-cü ilin II rübündə 18,733 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,90% azdır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,12% azalaraq 16,705 mln. manat olub.

Bankın istehlak kreditləri 2,01 dəfə azalaraq bir il ərzində 4,032 mln. manata çatıb və eyni zamanda vaxtı keçmiş kreditlərinin məbləği 7,669 mln. manat olub ki, buda keçən ilin analoji dövrünə nisbətən 4,43% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 17,74% azalaraq 7,753 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 7,740 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 17,48% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 31,05 % artaraq 5,918 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 11 mln. 429,38 min manat təşkil edib.

Cari ilin II rübündə bankın əldə etdiyi mənfəət 1 mln. 738 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR