Azərbaycan dilinin tədrisi metodikasının yeni standartları hazırlanacaq

Azərbaycan dilinin tədrisi metodikasının yeni standartları hazırlanacaq
# 10 aprel 2013 07:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu, ölkə prezidenti İlham Əliyevin dünən imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub.

Proqrama əsasən, yeni standartlar 2013-2015-ci illər ərzində Təhsil Nazirliyi və AMEA tərəfindən hazırlanacaq. Bununla yanaşı, 2013-2015-ci illər ərzində dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması AMEA, Təhsil və Ədliyyə nazirliklərinə həvalə olunub. Qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA Dilçilik İnstitutunun struktu­ru­nun tək­mil­ləş­­dirilməsi və maddi-texniki bazasının müasirləşdirilmə­sinin təmin edilməsini həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR