ARDNŞ «Günəşli» yatağında yeni quyu istismara verib

ARDNŞ «Günəşli» yatağında yeni quyu istismara verib
# 13 fevral 2013 14:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyunu istismara verib.

Şirkətin yaydığı məlumata əsasən, «Günəşli» yatağındakı 11-ci özüldən 210 nömrəli quyu qazmadan sonra istismara verilib. 28 May adına NQÇİ-nin sifarişi ilə «SOCAR AQŞ» birgə müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu 3 349-3 329 metr intervaldan sutkalıq 90 ton neft, 13 min kubmetr qaz hasilatı ilə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR