Müdafiə Nazirliyi xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramına narkomanlığın ziyanı ilə bağlı mövzular daxil edib

Müdafiə Nazirliyi xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramına narkomanlığın ziyanı ilə bağlı mövzular daxil edib
# 17 mart 2015 08:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müdafiə Nazirliyi tərəfindən xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramına sağlam həyat tərzi və narkomanlığın ziyanı ilə bağlı mövzular daxil edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Müdafiə Nazirliyi tərəfindən şəxsi heyətə aparılan tərbiyə işinin təşkili zamanı və keçirilən hüquq hazırlığı saatlarında narkomaniya və onun fəsadları barədə məlumat verilib, sənədli filmlər nümayiş olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən isə ilkin hərbi qeydiyyata alınan gənclər və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar arasında narkotik aludəçiliyi əleyhinə təbliğat işi aparılıb, çağırışaqədər yaş həddində olan vətəndaşlar barəsində aidiyyəti üzrə narkoloji dispanserlərə sorğular göndərilib, narkomanlıq xəstəliyi aşkar ediləcəyi təqdirdə müalicənin təmin edilməsi istiqamətində tibb müəssisələri ilə qarşılıqlı tədbirlərin görülməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR