Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qaz danışıqlarının nəticələri bu gün açıqlanacaq

Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qaz danışıqlarının nəticələri bu gün açıqlanacaq
# 29 oktyabr 2014 21:26 (UTC +04:00)

Bakı – APA. Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qaz danışıqlarının nəticələri oktyabrın 30-da açıqlanacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının məlumatında belə deyilir.

“Danışıqlar davam etməkdədir. Razılığa gəlindiyi halda oktyabrın 30-u, səhər saatlarında mətbuat konfransı baş tutacaq”, məlumatda deyilir.

Qeyd edək ki, Brüsseldə Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilir. Görüşdə qış aylarında Rusiya qazının Ukraynaya nəqlinin şərtləri müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR