ABŞ-da sel və daşqınlar nəticəsində 2 nəfər ölüb

ABŞ-da sel və daşqınlar nəticəsində 2 nəfər ölüb
# 31 oktyabr 2015 02:31 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında sel və daşqınlar nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər itkin düşüb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər Trevis dairəsində itkin düşmüş sayılan 50 yaşlı kişinin cəsədini aşkar ediblər.

Daha bir kişinin cəsədi San-Antonio şəhəri yaxınlığında tapılıb. Onun maşınını sel aparıb. Bir qadın isə itkin düşmüş hesab edilir.

Ştatda müvəqqəti olaraq hava limanlarının fəaliyyəti dayandırılıb. Qeyd olunur ki, təbii fəlakət ən çox San-Antonio və Ostin şəhərlərinə ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR