Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait bir ayda 842,5 min manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait bir ayda 842,5 min manat artıb
# 01 aprel 2015 13:14 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 aprel 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 62 495 671 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Fondun ABŞ dolları, avro və rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR