Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər

Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər
# 13 avqust 2016 00:28 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

"Tərəflər Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyiblər ", məlumatda deyilir.

Poroşenko və Bayden həmçinin Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR