Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda medalla təltif olunub

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda medalla təltif olunub
# 30 yanvar 2013 09:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycanda medalla təltif olunub. APA-nın əldə etdiyi məlumata görə, general B. Kalyoncuya «Beynəlxalq hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı verilib.

Medal generala yanvarın 25-də Bakıya səfəri zamanı təqdim olunub.

B. Kalyoncuya medal 1997-ci ildən etibarən Jandarma Baş Komandanlığı ilə Azərbaycan Daxili Qoşunları arasında davam edən ikitərəfli əlaqələrin inkişafındakı roluna və TAKM-ın (Avrasiya Hərbi Statuslu Hüquq Mühafizə Təşkilatının) yaradılmasında göstərdiyi səylərə görə verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR