Bakıda keçirilən Avropa Kinosu Festivalında 18 film iştirak edir - FOTOSESSİYA

Bakıda keçirilən Avropa Kinosu Festivalında 18 film iştirak edir - <span style="color: red;">FOTOSESSİYA
# 29 oktyabr 2015 15:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda keçirilən Avropa Kinosu Festivalında 18 film iştirak edir.

APA-nın məlumatına görə, bunu festivalla bağlı keçirilən mətbuat konfransında "Park Cinema" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil etdiyi festivalın fəxri qonaqları latviyalı Andrejs Verhoustinskis (“Then it’s Hi! Hi! Hee!” filmi), xorvatiyalı Vorkapic Vlatka (“Sonja and the Bull” filmi) və estoniyalı Kiur Aarmadır (“Those Who Dare” filmi).


Avropa İttifaqının nümayəndəsi Malena Mard, Belçikanın Azərbaycandakı səfiri Karine Petit festivalın əhəmiyyətindən, gələcək əməkdaşlıq perspektivlərindən danışıblar.

M. Mard qeyd edib ki, nümayiş olunacaq filmlərin vasitəsi ilə Azərbaycan tamaşaçısı Avropa mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaq.


Festivalda Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, İsveç, Yunanıstan, Litva və Portuqaliya iştirak edəcək. Azərbaycanı isə Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi “Qatil” filmi təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR