Gənc Tamaşaçılar Teatrında “Müharibə” tamaşasının premyerası olacaq - FOTO

Gənc Tamaşaçılar Teatrında “Müharibə” tamaşasının premyerası olacaq - <span style="color: red;">FOTO
# 11 aprel 2013 13:16 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti premyera olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva edir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbirlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.

Rolları əməkdar artistlər Qurban İsmayılov (ata), Kəmalə Hüseynova (ana), aktyorlar Rasim Cəfər (qardaş), Nigar Məmmədova (böyük qız), Roza İbadova (kiçik qız) ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR