Lord Baronessa Detta: “Seçki prosesi çox nizamlı həyata keçirildi”

Lord Baronessa Detta: “Seçki prosesi çox nizamlı həyata keçirildi”
# 02 noyabr 2015 08:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Böyük Britaniya Lordlar Palatasının üzvləri Azərbaycandakı parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçiriblər.


APA-nın məlumatına görə, lord Baronessa Detta çıxışında 5 il bundan əvvəl də Azərbaycana gəldiyini və hər səfərində ölkədə böyük dəyişikliklər müşahidə etdiyini deyib. O, 6 seçki dairəsində müşahidə apardıqlarını və seçkilərin demokratik keçirildiyini vurğulayıb: “Mən hər hansı insidentin şahidi olmadım. Baş çəkdiyimiz seçki məntəqələrində seçici fəallığını da qeyd etməliyəm. Seçici barmaqlarının mürəkkəbə batırılmasının müsbət bir təcrübə olduğunu deyə bilərəm. Hər şey qayda-qanun çərçivəsində keçirilirdi və təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunmuşdu. Seçki prosesi çox nizamlı şəkildə həyata keçirildi".

Lord Deyvid Evans isə qeyd edib ki, Azərbaycanda həm də qonaqpərvərliyin şahidi olublar. Onun sözlərinə görə, parlament seçkiləri şəffaf və azad keçirilib: "Bizim müşahidə etdiyimiz dairələrdən ikisi bölgələrdə idi və paytaxtdan kənar vəziyyəti də müşahidə etmək olduqca maraqlı idi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR