Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb

 Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb
# 15 iyun 2016 07:22 (UTC +04:00)

Bakı - APA. Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "LİFAN" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

Nəticədə, sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR