“Kalaşnikov” konserni 10 ildən sonra Gürcüstana silah satışını bərpa edib

“Kalaşnikov” konserni 10 ildən sonra Gürcüstana silah satışını bərpa edib
# 11 iyul 2016 13:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın “Kalaşnikov” konserni 2006-cı ildə tətbiq edilmiş qadağadan sonra Gürcüstana mülki silahların tədarükünü bərpa edib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib verib. Onun sözlərinə görə, şirkət yaxın 5 ildə tədarükün həcmini artırmaq niyyətindədir.

Konsern ilk dəfə olaraq Rusiyadan kənarda Tbilisinin “Kalibr” silah mağazasında brend-zona açıb. Konserndən bildiriblər ki, “Kalaşnokov”un Tbilisidəki brend-zonasında ənənəvi atıcı məhsullarla yanaşı, “Kalaşnikov” və “Baykal” markaları altında buraxılması planlaşdırılan əlavə məhsullar da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR