Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 İyun
# 06 iyun 2015 17:06 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Sabah Türkiyədə parlament seçkiləridir. Türkiyənin gələcəyi sabah Cümhuriyyət tarixinin ən önəmli seçkilərində müəyyənləşəcək. Hakim partiya seçkilərdə 331 mandat qazanacağı təqdirdə prezident üsul-idarəsinə keçid ideyasını reallaşdırmaq istiqamətində addım atmaq şansı qazanacaq. Bu, həm də PKK-nın siyasi qanadı olan HDP-nin 10 faizlik baryeri aşıb-aşmayacağından asılıdır. Son prezident seçkilərində 9,2 faiz səs toplamış HDP-nin baryeri keçmə şansı real dəyərləndirilir. Əgər bu ssenari gerçəkləşərsə, üstəlik CHP və MHP əvvəlki seçkilərdə topladıqları səslərin sayını artırarsa, Türkiyə 12 ildən sonra yenidən koalisiya hökuməti qurmaq gerçəyi ilə üzləşəcək. Baxmayaraq ki, hakim partiyanın digər üç partiya ilə koalisiyaya getmək imkanları çox azdır, ehtimal həmişə var. Əgər koalisiya hökuməti qurmaq imkanları tükənsə, Türkiyənin təkrar seçkilərə getməkdən başqa yolu qalmayacaq. Seçki qutusundan Türkiyə üçün xeyirli nəticənin çıxmasını diləyirik...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR