Rusiya XİN rəsmisi: “NATO-Rusiya Şurasının iclası ilə bağlı hələlik qərar yoxdur”

Rusiya XİN rəsmisi: “NATO-Rusiya Şurasının iclası ilə bağlı hələlik qərar yoxdur”
# 10 iyun 2016 10:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Rəsmi Moskva NATO-Rusiya Şurasının iclası ilə bağlı məsələni nəzərdən keçirir, lakin hələlik qərar yoxdur”.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in Avropa əməkdaşlığı üzrə departamentinin direktoru Andrey Kelin deyib.

A. Kelin bildirib ki, NATO tərəfindən Varşava sammitinədək daha bir iclasın keçirilməsi ilə bağlı çağırışlar səslənir: “Biz bu məsələni nəzərdən keçiririk. Hələlik qərar yoxdur. İşlərin gedişatına baxmalıyıq. Lakin heç bir halda dialoq üçün ən vacib kanaldan imtina edilməməlidir”.

O qeyd edib ki, bu mexanizm qarşılıqlı olaraq tərəflərin hərbi sahədə fəaliyyətlərinin aydınlaşdırılması məqsədi ilə yaradılıb. “NATO-Rusiya Şurası potensial gərginliklərin azaldılması məqsədilə daimi əsasda yaradılıb”, - deyə rusiyalı diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR