Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş iclas keçirilib - FOTO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş iclas keçirilib - <span style="color: red;">FOTO
# 30 yanvar 2013 16:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib. APA-nın məlumatına görə, tədbirdə Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ATƏT-in Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri iştirak edib.

Əvvəlcə iştirakçılar dövlət komissiyasının fəaliyyətini əks etdirən fotostend, eləcə də Dağlıq Qarabağ münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.

Tədbiri giriş sözü ilə dövlət komissiyasının sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov açıb. Sonra komissiyanın katibi Şahin Sayılov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış ediblər.

Çıxışlar bitdikdən sonra məruzələr ətrafında müzakirələrdə komissiyanın üzvləri Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Xələf Xələfov, İsmayıl Ömərov və başqaları söz alaraq fikirlərini bildiriblər.

Tədbirin sonunda komissiyanın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş “Tarixi humanitar missiya” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR