AZAL-ın «arzu olunmaz sərnişinlər» siyahısında 82 nəfərin adı var

AZAL-ın «arzu olunmaz sərnişinlər» siyahısında 82 nəfərin adı var
# 06 mart 2013 10:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) «arzu olunmaz sərnişinlər» siyahısında 82 nəfər sərnişinin adı var. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, «arzu olunmaz sərnişinlər» siyahısında həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşları var: «Bu siyahıya adları salınan sərnişinlər təyyarənin göyərtəsində mobil telefonla danışmağa cəhd edib, siqaret çəkib və ya digər qaydalara riayət etməyiblər».

M.Səfərli onu da əlavə edib ki, adları «arzu olunmaz sərnişinlər» siyahısına düşən şəxslər 6 ay və ya 1 il müddətində AZAL-ın aviareyslərindən istifadə edə bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR