“DəmirBank” komissiyasız mikro və istehlak kreditləri təklif edir

“DəmirBank” komissiyasız mikro və istehlak kreditləri təklif edir
# 12 dekabr 2014 12:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” yeni il münasibətilə dekabrın 15-dən 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq etməyəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, keçiriləcək “Komissiyasız Yeni İl” aksiyasının şərtlərinə görə müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

Qeyd edək ki, mikro və ya istehlak kredit məhsulları əldə etmək istəyən şəxslər dekabrın 15-dən bankın istənilən filialına müraciət edə bilərlər.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR