Azərbaycanın Gədəbəy rayonuna qar yağır

Azərbaycanın Gədəbəy rayonuna qar yağır
# 16 aprel 2013 16:44 (UTC +04:00)

Bu barədə APA-nın Qərb bürosuna kənd sakinləri məlumat veriblər. Təxminən saat 5 radələrindən yağmağa başlayan yağış sulu qara, daha sonra isə qara çevrilib. Yağıntıların artıq intensivləşdiyi bildirilir. Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin verdiyi məlumata görə, hələlik yağıntılar ciddi problemlər yaratmayıb: “Hava soyuq olsa da hələlik temperatur sıfırdan aşağı düşməyib. Əgər şaxta olarsa, meyvə ağacları və digər kənd təsərrüfatı bitkilərinə zərər dəyə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR