Bakıda keçiriləcək Dünya İqtisadi Forumunun proqramı açıqlanıb

Bakıda keçiriləcək Dünya İqtisadi Forumunun proqramı açıqlanıb
# 28 mart 2013 14:32 (UTC +04:00)

APA-Economics”in WEF-in saytına istinadən xəbərinə görə, “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq” mövzusunda keçiriləcək forum çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunacaq.

Sessiyalar “Energetika və təbii ehtiyatlar: imkanlar və çağırışlar, irəliyə addım”, “Sahibkarlıq və insan kapitalı”, “Maliyyə və uzunmüddətli sərmayələr”, “Ticarət və nəqliyyat zənciri”, “Azərbaycanın vizyonu: yeni iqtisadiyyata doğru” mövzularında olacaq.

Qeyd edək ki, forumun Bakıda keçirilməsi qərarı Azərbaycan prezidenti İlham Əliyevin WEF-in icraçı sədri Klaus Şvabla bu ilin yanvarında keçirilən görüşündə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR