Şamaxıda avtomobil piyadanı vurub

Şamaxıda avtomobil piyadanı vurub
# 28 aprel 2015 19:23 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda minik maşını piyadanı vurub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb. “Toyota Prado” markalı minik maşını yolu keçən piyadanı, Mingəçevir sakini 1991-ci il təvəllüdlü Hacıyev Əfqan Namiq oğlunu vurub. Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti sonradan ağırlaşdığı üçün o müalicə məqsədilə Bakıya aparılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR