Çempionlar Liqasının yarımfinalında yalnız 2 ölkənin klubları təmsil olunacaqlar

Çempionlar Liqasının yarımfinalında yalnız 2 ölkənin klubları təmsil olunacaqlar
# 10 aprel 2013 22:35 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasının 1/4 final mərhələsində cavab oyunlarına yekun vurulub. Son iki oyunla bütün yarımfinalçılar məlum olub.

İlk oyunda 2:2 hesabı ilə heç-heç edən «Barselona» öz meydançasında «Pari Sen-Jermen»i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb və yarımfinala ispanlar vəsiqə qazanıblar. Qolları Pedro (71) və Pastore (50) vurublar.

İkinci oyunda «Bavariya» İtaliyada «Yuventus»un qonağı olub. Bu oyun da Almaniyadakı kimi 2:0 «Bavariya»nın xeyrinə başa çatıb. Topları Mancukiç (64) və Pizarro (90+1) vurublar.

Beləliklə, Çempionlar Liqasının yarımfinalında yalnız İspaniya və Almaniya təmsilçiləri oynayacaqlar. Dünənki qarşılaşmaların nəticəsinə görə, yarımfinala Madridin «Real» və Dortmundun «Borussiya» klubları çıxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR