Xaliq Məmmədov: SOCAR-da bu gün 51 mindən çox işçi çalışır

Xaliq Məmmədov:  SOCAR-da bu gün 51 mindən çox işçi çalışır
# 03 iyun 2016 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-da bu gün təqribən 51 209 nəfər işçi çalışır. Onların 12%-i rəhbər, 19%-i mütəxəssisdir, 69%-i fəhlələrdir. “APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransının ikinci günündə çıxış edərkən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xaliq Məmmədov bildirib.

Onun sözlərinə görə, yaş qrupuna görə isə 30 yaşa qədər olanlar işçilərin 14%-ni təşkil edir: “Onların 20%-i 41-50 yaş qrupları üzrə, 31-40 yaş üzrə isə 22%-dir, 51 yaşdan yuxarı olanlar isə 38%-dən yüksəkdir”.

Vitse-prezident bildirib ki, təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, orta təhsilli isə 50%-dir: “Kişilər 83%, 17%-i qadınlardır. 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır. Bu kadr tərkibi SOCAR-ın ən əsas resursudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR