Dövlət Musiqili Teatrı mükafat təsis edib

Dövlət Musiqili Teatrı mükafat təsis edib
# 02 oktyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümündə yeni mükafat təsis edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrda çalışan gənc aktyorların, aktrisaların yaradıcılıq həvəsini, əzmini, istedadını dəyərləndirmək məqsədilə teatrın daxili imkanları hesabına təsis olunan mükafat mövsüm ərzində uğurları ilə seçilən gənc sənətçilərə “İlin ən yaxşı gənc aktyoru” və “İlin ən yaxşı gənc aktrisası” nominasiyaları üzrə təqdim olunacaq.

Teatrdan bildiriblər ki, xalq artisti Afaq Bəşirqızı tərəfindən “Bəşir Səfəroğlu adına mükafat” təsis edilib və bu, mövsümün sonunda ən yaxşı aktyor və aktrisaya təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR