Azərbaycan vətəndaşları İstanbulda alacaqları evlərin tikintisini canlı izləyə bilərlər - FOTO

Azərbaycan vətəndaşları İstanbulda alacaqları evlərin tikintisini canlı izləyə bilərlər - <span style="color: red;">FOTO
# 12 aprel 2013 13:42 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan vətəndaşları Türkiyənin məşhur «Ağaoğlu» Şirkətlər Qrupunun İstanbul şəhərində inşa etdiyi yeni yaşayış komplekslərinin tikintisi prosesini kameralar vasitəsilə canlı olaraq izləyə bilərlər. Bu barədə «APA-Economics»ə «Ağaoğlu» Şirkətlər Qrupunun Azərbaycandakı nümayəndəliyi olan «TurkAzInvest» şirkətindən bildirilib.

Nümayəndəliyin məlumatına görə, artıq «Ağaoğlu» Şirkətlər Qrupu İstanbulda yeni inşa olunan yaşayış komplekslərindəki mənzilləri Azərbaycan vətəndaşlarına 5 illik kreditlə satmağa başlayıb: «İndi artıq Azərbaycan vətəndaşı olaraq, Türkiyədə şəxsi mülk sahibi olmaq mümkündür». Bu komplekslərdən əmlak almaq istəyənlər «TurkAzInvest» şirkəti mənzilləri azərbaycanlı müştərilərə sərfəli, ilkin ödənişi 50% olmaqla, 5 il müddətinə illik 9% kreditlə təklif edir.

Azərbaycan alıcılarına İstanbulun Avropa hissəsində Dövlət Fatih Ormanları ilə əhatə olunan mükəmməl görünüşə malik «MASLAK 1453» və Başakşehir Ayazmada, Atatürk hava limanına yaxın yerləşən «My World Europe» yaşayış komplekslərindəki mənzillər təklif olunur. Bunlar «Ağaoğlu» Şirkətlər Qrupunun dövlətlə ortaq layihələridir. Maraqlıdır ki, «Ağaoğlu» Şirkətlər qrupunun İstanbulda inşa etdiyi komplekslərin istənilən inşaat meydançasını canlı kameralar vasitəsilə izləmək mümkündür.

Ətraflı və yeni məlumatları şirkətin Facebook və Twitter səhifələrindən (www.facebook.com/agaoglu.baku, https://twitter.com/AgaOglu_Az) almaq və ya nümayəndəliklə əlaqə saxlamaq olar. Ünvan: Bakı şəhəri, Nəsimi r-nu, Xətai pr-ti,34 – «Luxen Plaza İmperial» korpusu, XI mərtəbə. Əlaqə telefonları: (+994 50/55) 206 03 50, (+994 12) 489 94 44.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR