Sabah Bakının Suraxanı, Sabunçu və Abşeron rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının Suraxanı, Sabunçu və Abşeron rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 14 mart 2013 10:26 (UTC +04:00)

Bakı – APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıqla əlaqədar su təchizatı obyektlərində yenidənqurma, təmir və profilaktika işlərinə başlanıb.

Maştağa su anbarının nasosxanalarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar Ceyranbatan-Maştağa magistral su kəmərləri ilə içməli suyun nəqli müvəqqəti dayandırılacaq. Bununla əlaqədar martın 15-də saat 08:00-dan etibarən 24 saat müddətində Bakının Suraxanı, Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR