Gürcüstan Ombudsman Aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıq Şurasının iclası keçirilib - FOTO

Gürcüstan Ombudsman Aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıq Şurasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 01 fevral 2013 16:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və Gürcüstan Ombudsmanı Uça Nanuaşvilinin iştirakı ilə ombudsman nəzdində Milli Azlıq Şurasının iclası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda çıxış edən P. Zakareişvili və şura üzvləri milli azlıqların inteqrasiya məsələləri ilə məşğul olan yeni departament yaradılmasının vaxtının çatdığını bildiriblər. Dövlət naziri qeyd edib ki, departament məsələsi tezliklə həll olunacaq və bu sahədə iş aparılır: “Şura üzvləri bu məsələnin həllinə razıdır. Yeni yaradılacaq departament dövlət strukturları ilə əməkdaşlığı genişləndirəcək. Biz etnuk azlıqların problemlərini vaxtında həll etməyə çalışacağıq. Departament yaradıldıqdan sonra Milli Azlıq Şurası müstəqilliyini yenə də saxlayacaq”.

İclasda çıxış edən dövlət rəsmiləri Mülki İnteqrasiya və Tolerantlıq planını yenidən işləyərək fəaliyyət göstərəcəyini qeyd ediblər. Şuranın iclasında etnik azlıqların, o cümlədən azərbaycanlıların infrastruktur çətinlikləri, azlıqların dili və mədəniyyətinin saxlanılması, işsizlik və digər problemli məsələlər müzakirə olunub. Dövlət naziri P. Zakareişvili müzakirələr zamanı qeyd edib ki, o, Gürcüstanın etnik mənsubiyyətindən asılı olmayaraq bütün problemlərinə eyni mövqedən yanaşır.

Şuranın üzvləri yaxın günlərdə Gürcüstanın elm və təhsil, ədliyyə nazirliklərinin nümayəndələri ilə görüş planlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR