Pakistan prezidenti Heydər məscidi ilə tanış olub

Pakistan prezidenti Heydər məscidi ilə tanış olub
# 13 mart 2015 13:02 (UTC +04:00)

Bakı – APA. Ölkəmizdə rəsmi səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn Bakıda Heydər məscidi ilə tanış olub.

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ali qonağa məlumat verib ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü il dekabrın 26-da istifadəyə verilib.

Bildirilib ki, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir.

Heydər məscidi ilə tanış olan Pakistan prezidenti Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR