Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin nümayəndə heyəti Azərbaycana gələcək

Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin nümayəndə heyəti Azərbaycana gələcək
# 29 aprel 2015 13:28 (UTC +04:00)

Bakı-APA. Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin nümayəndə heyətinin Bakıya səfəri edəcək.

Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər 1-6 may tarixlərində baş tutacaq. Nümayəndə heyətinə parlamentar dövlət katibi, millət vəkili Hans-Yoaxim Fuxtel başçılıq edəcək.

Səfərin əsas məqsədi Asiya İnkişaf Bankının Bakıda keçiriləcək illik toplantısında iştirak etməkdir. Konfransda Almaniya öz guşəsi ilə təmsil olunacaq. Növbəti toplantı 2016-cı ildə Frankfurt am Mayn şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR