“Total-Azerbaijan” şirkətinin baş meneceri: “Çox güman ki, 2020-ci ildə “Abşeron” qaz yatağından ilk qaz nəql olunacaq”

“Total-Azerbaijan” şirkətinin baş meneceri: “Çox güman ki, 2020-ci ildə “Abşeron” qaz yatağından ilk qaz nəql olunacaq”
# 10 aprel 2013 11:05 (UTC +04:00)

Quyunun qazılmasını keçən ilin sentyabr ayında bitirmişik və bundan sonra qaz yatağında işlərimizi davam etdirmişik”. APA-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Total-Azerbaijan” şirkətinin baş meneceri Kristian Jüdiselli deyib.

k. Jüdiselli bildirib ki, böyük ehtimalla 2020-ci ildə “Abşeron” qaz yatağından ilk qaz nəql olunacaq: “İlkin fazada biz ildə 3-5 milyard kubmetr qaz hasil etməyi planlaşdırırıq”.

Bakı Ali Neft Məktəbi ilə “Total” şirkəti arasında bu gün imzalanan əməkdaşlıq protokoluna toxunan K.Jüdiselli qeyd edib ki, bu protokolun əsas məqsədlərdən biri gələcəkdə “Abşeron” qaz yatağında işləyəcək yerli kadrların hazırlanmasıdır.

Qeyd edək ki, 2011-ci il sentyabr ayının əvvəlində “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” strukturunda iri qaz yatağının aşkar edildiyini açıqlayıb. “Abşeron” strukturu Bakıdan 100 km cənub-şərqdə, təqribən 6 550 metr dərinlikdə yerləşir. “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yatağın qaz ehtiyatları 350 milyard kubmetr, kondensat ehtiyatları isə 45 milyon ton təşkil edir. “Total” şirkətinin törəmə qurumu olan “Total EP Absheron” (40%) bu strukturun işlənməsi layihəsində ARDNŞ (40%) və “GDF SUEZ” şirkətləri (20%) ilə birgə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR