Federika Quidi: “İtaliya hökuməti TAP-ın tikintisinə “yaşıl işıq” yandırıb”

Federika Quidi: “İtaliya hökuməti TAP-ın tikintisinə “yaşıl işıq” yandırıb”
# 30 aprel 2015 10:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İtaliya hökuməti Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsinin reallaşdırılmasına “yaşıl işıq” yandırıb.

APA-Economics”in İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə adıçəkilən ölkənin iqtisadi inkişaf naziri Federika Quidi deyib.

“İtaliyanın bəzi vilayətləri TAP-ın reallaşdırılmasına qarşı çıxırdı. Onların narazılığı ətraf mühitə dəyəcək ziyanla bağlı idi. Lakin İtaliya hökuməti bununla bağlı bəzi planlar hazırlayıb və layihənin reallaşdırılmasına “yaşıl işıq” yandırıb”, - deyə nazir bildirib.

F. Quidi qeyd edib ki, İtaliya hökuməti 2016-cı ilin əvvəlindən etibarən kəmərin tikintisinə icazə verib.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR