Heydər Əliyev prospektində aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO

Heydər Əliyev prospektində aparılan təmir işləri yekunlaşmaq üzrədir - <span style="color: red;">FOTO
# 10 aprel 2015 13:44 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, prospektin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan 5,3 km hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün "Azəryolservis" ASC-nin çoxlu sayda işçi qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər həyata keçirilir.

Artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir.

Tezliklə görülən işlər nəticəsində prospekt tam yeni və müasir görkəmdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR