Təhsil Nazirliyi SABAH qruplarında təhsil almaq istəyən tələbələrə müraciət edib

Təhsil Nazirliyi SABAH qruplarında təhsil almaq istəyən tələbələrə müraciət edib
# 18 mart 2015 15:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi 2015/16-cı tədris ilində SABAH qruplarında təhsil almaq istəyən tələbələrə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə elektron ərizəsi natamam olan tələbələrdən 31 marta qədər ərizələrini tamamlayaraq göndərmələri xahiş olunur. Ərizələri natamam olan tələbələr müsabiqəyə buraxılmayacaqdırlar.


Elektron ərizənizi tamamlamaq üçün sabah.edu.az saytına daxil olaraq Giriş bölməsindən email adresini və verilən şifrəni daxil etməklə ərizəyə daxil ola, lazımi məlumat və sənədləri daxil etdikdən sonra göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR