Tanınmış fransız fortepianoçu Bakıda konsert verəcək

Tanınmış fransız fortepianoçu Bakıda konsert verəcək
# 02 may 2013 13:35 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Mayın 19-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində tanınmış fransız fortepianoçu Fransua Şaplenin konserti keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycanda Fransız İnstitutu və Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil olunan konsertdə F. Şaplen Motsart, Şopen və Debüssi kimi məşhur bəstəkarların əsərlərini ifa edəcək.

Qeyd edək ki, axırıncı dəfə F. Şaplen Bakıda 10 il bundan əvvəl konsert verib. Beynəlxalq miqyasda tanınmış fransız fortepianoçu 1989-cu ildə Klivlend Beynəlxalq Müsabiqəsində Motsart mükafatına və daha sonra Rober Kasadesü mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR