Mingəçevirdə Kür çayına düşən maşın sudan çıxarılıb, ailənin bir üzvü ölüb, 3 üzvü xilas edilib - YENİLƏNİB - FOTO

Mingəçevirdə Kür çayına düşən maşın sudan çıxarılıb, ailənin bir üzvü ölüb, 3 üzvü xilas edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 25 fevral 2013 14:26 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində Mingəçevir şəhəri ilə “Energetiklər” qəsəbəsini birləşdirən Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.

Ağdam rayonundan olan, Mingəçevirdə məskunlaşmış məcburi köçkün, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Yusif oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən körpünün kənarındakı metal məhəccəri sındıraraq 10 metr hündürlükdən çaya düşüb.

Hadisə nəticəsində sürücü Ramin Məmmədov, onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Məmmədova Aynurə Arif qızı və qardaşı 1987-ci il təvəllüdlü Rahib Məmmədov yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılıb.

Rahib Məmmədovun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Elnaz Bakir qızı isə dünyasını dəyişib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları onun meyitini və avtomobili sudan çıxarıblar.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 15:19

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində avtomobil Kür çayına düşüb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində Mingəçevir şəhəri ilə “Energetiklər” qəsəbəsini birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

“VAZ 2107” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən körpünün kənarındakı metal məhəccəri sındıraraq 10 metr hündürlükdən çaya düşüb. Avtomobildə 4 nəfər olub, onlardan biri - qadın dünyasını dəyişib. Digər 3 nəfərin isə xilas olunduğu bildirilir. Hələlik onların adları məlum deyil.

Avtomobilin sudan çıxarılması üçün tədbirlər görülür. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları ərazidə iş aparır.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR