Bank Of Baku

Ağstafada mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Ağstafada mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 08 may 2018 09:04 (UTC +04:00)

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Qazax-Ağstafa  marşrutu ilə işləyən “Mercedel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb. 

Xəsarət alanlardan iki nəfər, Qazax rayon sakinləri, 1999-cu il təvəllüdlü Eldar Şıxməmmədov və 1940-cı il təvəllüdlü Vəkil Hüseynxanov Qazax Müalicə Diaqnostika Mərkəzinə, Qazax sakinləri - 1959-cu il təvəllüdlü Xanbala Nəbiyev, 1978-ci il təvəllüdlü Samirə Ələsgərova, 1967-ci il təvəllüdlü Gülnarə Cəfərova, 1957-ci il təvəllüdlü Şamil Cabbarov, 1989-cu il təvəllüdlü Röyal Mahmudov, 1963-cü il təvəllüdlü İslam Osmanov, 1960-cı il təvəllüdlü Nəzakət Novruzova, 1938-ci il təvəllüdlü Zərifə Ələkbərova, Ağstafa sakinləri - 1963-cü il təvəllüdlü Alidə Alıiskəndərova, 1966-cı il təvəllüdlü Nəzifə Əmirova, 1963-cü il təvəllüdlü Nərgiz Mansurova, 1977-ci il təvəllüdlü Azər Allahverdiyev Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər.

 

Xəsarət alanlara tibbi yardım göstərilib və bir neçəsi ambulator müalicəyə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR